
Brendinizin ilk işarəsindən gündəlik yazışmasına qədər - hamısı bir komandada.
Bütün xidmətlərBiznesiniz üçün tam rəqəmsal kimlik - ilk eskizdən korporativ e-poçta qədər, bir komandadan. Hər şey bir nöqtədən başlayır.

BF Engineering
info@facompany.az
Salam,
Həftəlik təchizat üzrə qiymət təklifimizi əlavədə göndəririk.
Sualınız olsa, bu ünvana yazmağınız kifayətdir.
PDFQiymət təklifi.pdf240 KB
MONARX brendlər üçün strategiya, vizual kimlik və rəqəmsal təcrübə həlləri hazırlayan kreativ brend və veb studiyasıdır
Məqsədimiz markaların bazarda daha peşəkar görünməsinə, daha aydın tanınmasına və müştəridə güvən yaratmasına kömək etməkdir.
Hər layihəyə sadəcə dizayn işi kimi yox, brendin mövqeyi, hədəf auditoriyası, vizual dili və rəqəmsal təqdimatı baxımından yanaşırıq.
MONARX üçün yaxşı dizayn yalnız gözəl görünüş deyil. Yaxşı dizayn markanın mesajını düzgün çatdıran, istifadəçini yönləndirən, etibar yaradan və biznes məqsədlərinə xidmət edən sistemdir.
MONARX olaraq brend strategiyası, loqo və brend kimliyi, veb sayt dizaynı və rəqəmsal marketinq üzrə peşəkar həllər təqdim edirik
Bütün xidmətləri ayrı-ayrı deyil, vahid brend sistemi kimi qururuq. Bu yanaşma markanızın hər platformada eyni üslubda, peşəkar və yadda qalan görünməsini təmin edir.
Hər layihədə strategiya ilə dizaynı birləşdirərək, sadəcə gözəl deyil, nəticə verən həllər yaradırıq.
Hər işin
öz mühiti var
Birinə sayt, birinə loqo, birinə qablaşdırma.
Hər işi öz yerində göstəririk - saytı brauzerdə, tətbiqi telefonda, loqonu çertyojda.

Brendinq · Qablaşdırma

Loqo · Mobil tətbiq
Loqo

Loqo · Qablaşdırma · Reklam

Loqo · Brendbuk

Loqo · Mobil tətbiq


Korporativ üslub
Loqo



Loqo

Birlikdə işlədiyimiz brendlərin təcrübəsi.
Tikintidə hər şey etibardan başlayır. Yeni loqo və saytla sifarişçilərimizə daha ciddi və peşəkar görünürük.
Restoran və otellərə məhsul təchiz edirik. İndi müştərilərimiz bizi saytdan tapır, sifarişi də birbaşa oradan göndərir.
Gördüyümüz tikinti işlərini saytda rahat göstəririk. Yeni müştərilər təklif üçün artıq zəng gözləmir, saytdan yazır.
Bir neçə şirkətimiz var idi, hər biri ayrı görünürdü. İndi hamısı eyni loqo və eyni üslubla bir qrup kimi tanınır.
Musiqi platforması üçün yadda qalan işarə lazım idi. Dinləyicilər bizi indi oynatma düyməsi olan loqodan dərhal tanıyır.
Ən çox soruşulanları bir yerə topladıq. Cavabını tapmadığınız sual varsa, yazın - bir iş günü ərzində cavab veririk.
Sualınızı göndərinLoqo adətən 7-10 iş günü, tam brend kimliyi və brendbuk 3-4 həftə, hazır şablon əsasında sayt 1-2 həftə, fərdi dizaynlı sayt isə 3-6 həftə çəkir. Dəqiq müddəti brifinizə baxdıqdan sonra yazılı plan ilə bildiririk.
Kalkulyator seçdiyiniz xidmət və parametrlərə görə təxmini qiyməti göstərir. Yekun qiymət layihənin həcmini müzakirə etdikdən sonra yazılı təkliflə təsdiqlənir və iş başlayandan sonra razılığınız olmadan dəyişmir.
İş 50% ilkin ödənişlə başlayır, qalan 50% layihə təhvil veriləndə ödənilir. Böyük layihələrdə ödənişi mərhələlərə bölə bilərik. Hüquqi şəxslərə müqavilə və hesab-faktura təqdim edirik.
Loqo və brendinqdə seçilmiş konsept üzrə 3 düzəliş mərhələsi, saytda isə dizayn mərhələsində 2 düzəliş mərhələsi qiymətə daxildir. Bundan sonrakı əlavə dəyişikliklər əvvəlcədən razılaşdırılaraq ayrıca qiymətləndirilir.
Bəli. Tam ödənişdən sonra loqonun bütün formatları (SVG, PDF, PNG), brendbuk və saytın faylları sizə təhvil verilir. İstifadə hüquqları tam şəkildə sizə keçir, biz işi yalnız portfolioda göstərə bilərik.
Bəli. İdarəetmə paneli seçəndə mətnləri, şəkilləri, məhsulları və xəbərləri özünüz dəyişə bilərsiniz. Təhvil zamanı qısa təlim keçirik. İstəsəniz, saytın texniki dəstəyini də biz öz üzərimizə götürə bilərik.
Hazır şablon əsasında hazırlanan saytlarda ilk il hostinq və domen hədiyyədir. Müddət bitməzdən əvvəl sizə xatırladırıq: yeniləməni bizim vasitəmizlə illik ödənişlə davam etdirə və ya istədiyiniz başqa provayderə köçürə bilərsiniz.
Bəli. Bütün mərhələlər onlayn aparılır: brif, görüşlər, təqdimat və təhvil. Azərbaycanın istənilən şəhərindən və xaricdən olan müştərilərlə işləyirik, yazışmanı Azərbaycan, ingilis, rus və türk dillərində apara bilirik.